Rebrov Pavlyuçenkonu qorxutdu
10.09.2008 - 17:21
Rebrov Pavlyuçenkonu qorxutdu
Bakı. Kənan Həsənov – APA-Sport. Sergey Rebrov gözlənilməz açıqlama ilə gündəmə düşüb. “APA-Sport”un məlumatına görə, ukraynalı futbolçu İngiltərənin “Totenhem” klubuna transfer edilən Roman Pavlyuçenkoya diqqətli olmağı məsləhət görüb. İki il bu komandanın şərəfini qoruyan Rebrov rusiyalı hücumçuya London küçələrində qara dərili insanların hücumuna məruz qala biləcəyini deməklə, irqçiliyə yol verib: “Romana təkbaşına küçədə gəzməsini tövsiyə etməzdim. Bunun əvəzində maşınla hərəkət etsə yaxşıdır. Çünki komandanın yerləşdiyi bölgədə qara dərili insanlar çoxluq təşkil edir. Bu səbəbdən problemlər qaçılmazdır. Romanın soyğunçuluqla qarşılaşmasını istəmirəm”
Qeyd edək ki, Pavlyuçenko bir müddət öncə Moskva “Spartak”ından 13,8 milyon funt-sterlinq qarşılığında “Tottenhem”ə keçib.
0