Milli komandaya sui-qəsd?
10.09.2008 - 17:54
Milli komandaya sui-qəsd?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İngiltərənin “Arsenal” klubunun futbolçusu Emanuel Adebayor Toqo yığmasının heyətində növbəti oyunda iştirak etməkdən imtina edib. “APA-Sport”un məlumatına görə, toqolu hücumçu komandasının heyətində Zambiya ilə səfər matçına yollanmaqdan boyun qaçırıb. Emanuel yalnız bir şərtlə təyyarəyə minməyə razıdır. Bunun üçün Toqo Futbol Federasiyasının prezidenti də həmin təyyarədə oturmalıdır. Belə şərtlə danışmağa Adebayoru qorxu məcbur edib. Belə ki, təyyarənin qəzaya uğrayacağı ilə bağlı şayiələr yayılıb: “Mənim üçün həyatım qiymətlidir. Əgər qismətimiz ölümdürsə, qoy prezident də yanımızda olsun. Eşitdiyimə görə, biz bu təyyarəyə minsək, hökmən qəzaya uğrayacaq”.
0