Tağızadəyə qadağa qoyuldu
10.09.2008 - 18:28
Tağızadəyə qadağa qoyuldu
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun kapitanı Zaur Tağızadənin məşq etməsinə qadağa qoyulub. “APA-Sport”un məlumatına görə, İstanbulda müayinədən keçən 29 yaşlı futbolçu xoşagəlməz cavab alıb. Belə ki, müayinənin nəticələrinə əsasən, Zaurun məşq etməsinə icazə verilməyib. Bir müddət müalicə olunacaq Tağızadənin bu məqsədlə Almaniyaya yollanacağı gözlənilir.

Komandanın almaniyalı yeni baş məşqçisi Hans-Yurgen Gede futbolçunun vətənində müalicə olunmasını istəyir. Hazırda isə kapitan komandanın Qızılcahamam toplanışında yer alıb. “Neftçi” sabah səhər məşqindən sonra Ankaraya yollanacaq.
0