Yenə qrup sonuncusu olduq
11.09.2008 - 09:32
Yenə qrup sonuncusu olduq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın gənclərdən ibarət futbol yığması Avropa çempionatında çıxışını başa vurub. “APA-Sport”un məlumatına görə, seçmə mərhələdə son matçını keçirən 21 yaşlılardan ibarət komandamız Albaniya ilə qarşılaşıb. Səfərdə keçirilən görüşdə millimiz bir xal qazanıb – 0:0. Seçmə mərhələdə albanlara uduzmayan yığmamız Bakıdakı matçda da bir xalla kifayətlənmişdi - 1:1. Ardıcıl 4-cü seçmə mərhələni qələbəsiz başa vuran U-21 qazandığı üç xalla yenə qrup sonuncusu olub.
Qrupumuzda keçirilən digər matçda Yunanıstan Farer adalarını üstələyib (1:0), İtaliya isə xorvatlarla heç-heçə edib - 1:1.

1

İtaliya

10

7

3

0

21-4

24

2

Xorvatiya

10

7

1

2

20-12

22

3

Yunanıstan

10

5

3

2

20-13

18

4

Albaniya

10

3

3

4

10-13

12

5

Farer adaları

10

1

1

8

5-18

4

6

AZƏRBAYCAN

10

0

3

7

6-21

3

0