Terim: “Antifutbol adına bir şey etsəm, həmən məşqçiliyi buraxaram”
11.09.2008 - 11:10
Terim: “Antifutbol adına bir şey etsəm, həmən məşqçiliyi buraxaram”
Bakı. Kənan Həsənov - APA-Sport. “Qələbə qazana bilmədiyimiz üçün üzgünük. İlk hissədə yaxşı oynamasaq da, fasilədən sonra daha istəkli idik. Ən azı iki qol vura bilərdik. Mən ancaq qazanmaq üçün oynayıram. Antifutbol adına bir şey etsəm, həmən məşqçiliyi buraxaram”. “APA-Sport”un məlumatına görə, bu sözləri Belçika ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində İstanbulda keçirilən oyundan sonra Türkiyə yığmasının baş məşqçisi Fatih Terim söyləyib. 55 yaşlı mütəxəssis rəqib komandanın çalışdırıcısı Rene Vandereykenin təhrikedici hərəkətlərə yol verdiyini bildirib: “Onun bizə italyanca ağır sözlər deməsi xoş deyil. Oyun zamanı kənardan meydana top atırlar. Rəqib futbolçular bilərəkdən yerdə uzanmaqla vaxt “öldürürlər”. Təbii ki, bunun qarşılığını vermək məcburiyyətində qaldıq. Belə vəziyyətdə rəqibə çiçək atacaq halımız yoxdur”.
0