Terimi axtaran kimdir?
11.09.2008 - 10:41
Terimi axtaran kimdir?
Bakı. Kənan Həsənov - APA-Sport. “Hesabı açdıq və bu nəticəni qorumağa çalışdıq. Rəqibin də fərqlənmək üçün bir çox imkanı oldu. Güclü komanda ilə oyunda xal qazandığımızdan məmnunam”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyə ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində İstanbulda keçirilən oyunu dəyərləndirən Belçika yığmasının baş məşqçisi Rene Vandereyken söyləyib.

O, Fatih Terimlə aralarında yaşanan qalmaqala da münasibət bildirib: “Mənim etdiyim hərəkətlər Terim və ətrafındakılara cavab idi. Rəqib məşqçi oyun ərzində texniki zonadan kənara çıxırdı. Hətta bir dəfə az qala meydanda olan futbolçuma toxunacaqdı. Kənarda olan topa zərbə endirməyimə gəlincə, içimdən gəldiyi üçün belə etdim. Qaydalara zidd olsaydı, hakim cəzamı verərdi. Oyundan əvvəl və sonra qaydalara uyğun Terimlə görüşmək istəsəm də, onu tapmadım”.

Qeyd edək ki, “Fənarbaxça”ya məxsus “Şükrü Saracoğlu” stadionunda baş tutan Türkiyə - Belçika görüşü 1:1 hesabı ilə yekunlaşıb.


0