Uduzmamaq üçün uyğun rəqib
11.09.2008 - 11:58
Uduzmamaq üçün uyğun rəqib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandası Lixtenşteynin seriyasını qırıb. “APA-Sport”un məlumatına görə, yığmamızın rəqibi Bakıya 5 oyunluq məğlubiyyət seriyası ilə gəlmişdi. Ardıcıl 5 görüşdə uduzan “cırtdan”lar bu matçlarda 22 qol buraxsa da, Azərbaycanla oyunda seriyanı dayandıra bildi. Yığmamızla dünya çempionatının seçmə mərhələsindəki 0:0 hesablı heç-heçə Lixtenşteynin 2008-ci ildə uduzmadığı ilk qarşılaşmadı. Belə ki, yığmamız Malta (7:1), İsveçrə (3:0), Albaniya (2:0) və Almaniyanın (6:0) bu il diz çökdürdüyü Lixtenşteyn qarşısında aciz qaldı.
0