Hakan Şükür sərfəli təklif alıb
11.09.2008 - 16:50
Hakan Şükür sərfəli təklif alıb
Bakı. Kənan Həsənov - APA-Sport. “Qalatasaray”la müqaviləmin müddəti başa çatsa da, rəhbərlik xidmətimdə maraqlı olmadı. Bu səbəbdən gələcək taleyimlə bağlı qərar vermək məcburiyyətindəyəm. Çox sərfəli təkliflər alıram. Ölkə xaricinə yollanmaq planlarıma daxil olmadığı üçün qərar verməkdə çətinlik çəkirəm”. “APA-Sport”un məlumatına görə, bu fikirləri türkiyəli futbolçu Hakan Şükür söyləyib.

37 yaşlı hücumçu bildirib ki, seçim edərkən Türkiyəyə coğrafi baxımdan yaxın olan ölkələrə üstünlük verəcək: “Hər şey pulla ölçülmür. İki məktəbli övladım var. Onları da düşünmək lazımdır. Danışıq apardığım ölkələrdə yerli çempionatlar oktyabrda başlayacaq. Seçim etsəm, yəqin Dubay variantına üstünlük verəcəyəm. Bu da alınmasa, futbolla vidalaşacağam. Çünki Türkiyədə başqa bir komandada çıxış etməyəcəyəm”.

“Qalatasaray”dan ayrılmağa məcbur olan Hakan məşqçilik fəaliyyəti haqda düşündüyünü də etiraf edib: “Beynimdə belə fikir var”.
0