Xorvatiya - İngiltərə matçına meymunlar da baxıb?
11.09.2008 - 18:15
Xorvatiya - İngiltərə matçına meymunlar da baxıb?
Bakı. Mehman Süleymanov - APA-Sport. İngiltərə Futbol Federasiyası FİFA-ya rəsmi müraciət göndərib. “APA-Sport”un məlumatına görə, ingilislər ali futbol qurumundan bir qrup xorvatiyalı azarkeşin nümayiş etdirdiyi irqçilik faktını araşdırmağı xahiş ediblər. Yerli fanatlar Zaqrebdə keçirilən Xorvatiya - İngiltərə (1:4) oyununda meymun qışqırtısını xatırladan səsləri çıxartmağa başlayıblar. Buna cavab verən İngiltərənin qaradərili hücumçusu Emil Heski isə sarı vərəqə alıb. 30 yaşlı futbolçu bu xoşagəlməz olayın qarşısını almağın vacibliyini bildirib: “Qoy bu epizodları assosiasiya araşdırsın. Belə hərəkəti edənlər ziyankar insanlardır”.
0