Asim Xudiyev həvəskarlar liqasına göndərilir
12.09.2008 - 11:14
Asim Xudiyev həvəskarlar liqasına göndərilir
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, 51 yaşlı veteran hakim həvəskarlar arasında UEFA Regional Kubokunun Rusiyada keçiriləcək qrup oyunlarında ölkəmizi təmsil edəcək. Bu qrupdakı matçlar sentyabrın 30-dan oktyabrın 6-dək Nijni-Novqorod şəhərində keçiriləcək. Xudiyev həm hakim-inspektor, həm də UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, A.Xudiyev avrokuboklarda cari mövsümdə üç dəfə təyinat alıb.
0