Axmetov Terimi “Şaxtyor”a gətirir
12.09.2008 - 12:13
Axmetov Terimi “Şaxtyor”a gətirir
Bakı. Mehman Süleymanov - APA-Sport. Məşhur iş adamı Rinat Axmetov prezidenti olduğu Donetskin “Şaxtyor” klubunun baş məşqçi postuna türkiyəli Fatih Terimi gətirmək istəyir. “APA-Sport”un Ukrayna mətbuatına istinadən məlumatına görə, artıq tərəflər arasında danışıqlara başlanılıb. “İmperator” razılıq verəcəyi halda, komandanın hazırkı baş məşqçisi Mirça Luçesku ilə müqayisədə iki dəfə çox, ayda 500 min ABŞ dolları məvacib alacaq.

Xəbərdə, həmçinin Luçeskunun Çempionlar Liqası çərçivəsində “Barselona” ilə oyundan sonra postundan uzaqlaşdırılacağı bildirilir. Maraqlıdır ki, Axmetov Donetskdə keçiriləcək həmin matç günü, yəni oktyabrın 1-də ad gününü qeyd edəcək və nəticə olmayacağı halda, Luçeskunu qovacaq.

Bu reallaşarsa, Terim rumın həmkarının borcunu qaytaracaq. Belə ki, 2001-ci ildə UEFA kubokunu qazandırdıqdan sonra “Qalatasaray” klubunun baş məşqçisi postunda “İmperator”u məhz Luçesku əvəzləmişdi.
0