7 oyuna 166 qol buraxan komanda
12.09.2008 - 12:14
7 oyuna 166 qol buraxan komanda
Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Yuxarı Frankonya əyalətinin A liqasında maraqlı hadisə qeydə alınıb. “APA-Sport”un məlumatına görə, bu liqada mübarizə aparan “Forheym” futbol klubu antirekord müəyyənləşdirib. Belə ki, komanda keçirdiyi ardıcıl yeddi oyunda qapısından 166 top buraxıb. “Forheym” rəqiblərinə uyğun ardıcıllıqla 0:15, 0:34, 0:20, 0:27, 0:23, 0:22 və 0:25 hesabı ilə uduzub. Digər maraqlı məqam 100 yaşını qeyd edən komandanın hələ də qol hesabını aça bilməməsidir.
0