“Real” yamaykalı atletə dəvət göndərdi
12.09.2008 - 13:03
“Real” yamaykalı atletə dəvət göndərdi
Bakı. Kənan Həsənov - APA-Sport. Pekin Olimpiadasının qalibi Useyn Bolt İspaniyanın “Real” klubundan dəvət alıb. “APA-Sport”un məlumatına görə, Madrid təmsilçisi yamaykalı atletin komandanın məşqinə qatılmasını istəyir. Bu xəbəri təsdiqləyən Bolt “Real”a azarkeşlik etdiyini gizlətməyib. O, “Kral klubu”nun hollandiyalı legioneri Ruud van Nistelroya heyran olduğunu bildirib. Madridə gedəcəyini deyən atlet “Real”ın bir “ev” matçını da izləyəcək.
0