Ərəblər Vengeri özündən çıxarıb
12.09.2008 - 13:08
Ərəblər Vengeri özündən çıxarıb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger “Mançester Siti”də baş verənlərdən qəzəblənib. “APA-Sport”un məlumatına görə, fransalı mütəxəssis Mançester təmsilçisinin sahibi, “Əbu Dabi” Şirkətlər Qrupunun İngiltərə çempionatında çıxış edən futbolçuların qiymətlərini qaldırmasını həzm edə bilmir. Venger ərəblərin futbolu bazara çevirməsi ilə barışa bilmir: “Futbol supermarket deyil. Onlar özlərini düzgün aparmır. “Mançester Yunayted”ə müraciət edib kluba 135, Kriştiano Ronaldonun özünə 250 milyon avro təklif etmək düzgün deyil. Bu etik qaydalar çərçivəsini aşmaq anlamına gəlir. Əcnəbilər İngiltərədə bir çox ənənələrin olmasını bilməli və buna riayət etməlidir”.
0