Bərbərə “getməyən” futbolçular -FOTO
12.09.2008 - 13:17
Bərbərə “getməyən” futbolçular -FOTO
Bakı - APA-Sport. Böyük Britaniyanın “The Sun” qəzeti İngiltərə Premyer Liqasının ən pis saç düzümünə malik 10 futbolçusunu müəyyənləşdirib. “APA-Sport”un məlumatına görə, Premyer Liqanın bütün tarixini əhatə edən siyahıya vaxtilə “Qalatasaray”da oynamış iki futbolçunun da adı düşüb. Bunlar Barri Venison və Abel Şavyerdir.

İngiltərə yığmasının sabiq üzvü Venison 1995-ci ildə “Cim Bom”un şərəfini qoruyub (8 oyun; 0 qol). Şavyer isə “Qalatasaray”da 5 il öncə forma geyinib. Mozambik əsilli portuqaliyalı müdafiəçi İstanbul klubuna 2003-cü ildə “Liverpul”dan transfer olunub. Amma Türkiyədə uğursuzluğa düçar olan Şavyer bir neçə aydan sonra “Qalatasaray”dan ayrılıb.

Ən pis saç düzümünə malik futbolçuların və onların İngiltərədə çıxış etdikləri klubların adları:



Devid Simen (“Arsenal”)



Ceyson Li (“Nottingem”)



Xavyer Marqas (“Vest Hem”)



Devid Ceyms (“Liverpul”)



Co Koul (“Vest Hem”)



Cibril Sisse (“Liverpul”)



İvan Kampo (“Bolton”)



Barri Venison (“Sauthempton”)



Taribo Uest (“Derbi Kaunti”)



Abel Şavyer (“Liverpul”)
0