Uruqvaydan “Fənərbaxça”ya qara xəbər
12.09.2008 - 14:32
Uruqvaydan “Fənərbaxça”ya qara xəbər
Bakı. Kənan Həsənov - APA-Sport. “Fənərbaxça” sabah Türkiyə Superliqası çərçivəsində “Hacettepe” ilə səfərdə keçirəcəyi oyun ərəfəsində ciddi problemlə üzləşib. “APA-Sport”un məlumatına görə, komandanın əsas qol silahı Semih Şəntürk milli komandanın düşərgəsindən zədəli qayıdıb. Braziliyalı müdafiəçi Edu Draçena da eyni səbəbdən sabah “Fənərbaxça”ya kömək edə bilməyəcək. Xoş olmayan növbəti xəbər isə Uruqvaydan gəlib. Belə ki, bu ölkə yığmasının üzvü Dieqo Luqano Türkiyəyə qayıda bilmir. “Sarı kanarya”nın legioneri əlverişsiz hava şəraiti ucbatından hava limanında qalıb. Luqano ən yaxşı halda, sabah axşam İstanbulda olacaq.
0