Del Pyero karyerasını bitirir
12.09.2008 - 14:57
Del Pyero karyerasını bitirir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İtaliya milli komandasının futbolçusu Alessandro Del Pyero karyerasını bitirmək qərarına gəlib. “APA-Sport”un məlumatına görə, 2008/09 mövsümü 33 yaşlı yarımmüdafiəçi üçün sonuncu olacaq. Belə ki, “Yuventus”un şərəfini qoruyan Pyero cari mövsümün sonunda butslarını mismardan asacaq: “Mən pulu düşünsəydim klubla müqaviləmin müddətini uzadardım. Dəfələrlə “Yuventus”u tərk etmək haqda düşünmüşəm. Amma hər dəfə nəfsimə qalib gəlmişəm. Lakin bu mövsüm mənim üçün sonuncu olacaq. Ən azı İtaliyada”.
0