“Qalatasaray”ın məşqçisi “Qarabağ”da çalışacaq
12.09.2008 - 15:03
“Qalatasaray”ın məşqçisi “Qarabağ”da çalışacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Ağdamın “Qarabağ” klubu Türkiyədən məşqçi dəvət edib. Bu haqda “APA-Sport”a komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. Onun sözlərinə görə, “Qalatasaray”da çalışan Mehmet Ak məşqçilik karyerasını yenidən “Qarabağ”da davam etdirməyə razılıq verib.
Ak əvvəllər də Ağdam təmsilçisində çalışıb. Onu komandaya bu ilin əvvəlində həmyerlisi Rasim Kara dəvət etmişdi. Fiziki hazırlıq üzrə məşqçi, eyni zamanda koordinator kimi çalışan Ak iyunda vətəninə qayıtmışdı.
0