FİFA-nın təlxəyi kimdir?
12.09.2008 - 16:00
FİFA-nın təlxəyi kimdir?
Bakı. Kənan Həsənov - APA-Sport. İngiltərənin “Sanderlend” klubun baş məşqçisi Roy Kin FİFA-nın vitse-prezidenti Cek Uorneri təhqir edib. “APA-Sport”un məlumatına görə, buna FİFA rəsmisinin irlandiyalı mütəxəssisin ünvanına göndərdiyi məktub səbəb olub. Trinidad və Tobaqo yığmasının maraqlarını nəzərə almamaqda ittiham olunan Kin buna sərt reaksiya verib: “Yığmanın düşərgəsinə çağırılan Duayt York zədə ucbatından iki aydır meydana çıxmayıb. Bu səbəbdən də Trinidad və Tobaqonun heyətində bir həftə ərzində iki oyun keçirməyə hazır deyil. Mən də ondan “Sanderlend”in düşərgəsinə qayıtmasını tələb etdim. Uornerin məktubundan sonra isə onunla əlaqə saxlayıb nə düşündüyümü açıqladım. O, sadəcə, təlxəkdir”.
Qeyd edək ki, Uorner, həm də Trinidad və Tobaqo yığmasının məsləhətçisidir.
0