Türkiyənin finala yolu Belarusdan keçir
12.09.2008 - 16:03
Türkiyənin finala yolu Belarusdan keçir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Türkiyənin gənclərdən ibarət milli komandasının Avropa çempionatının pley-off mərhələsindəki rəqibi müəyyənləşib. “APA-Sport”un məlumatına görə, bu gün 21 yaşlılar arasında qitə birinciliyinin püşkü atılıb. İsveçdə keçirilən final mərhələsində çıxış etmək üçün türkiyəlilər Belarusu məğlub etməlidir. Oktyabrın 11-12-də keçiriləcək ilk matçda meydan sahibi olacaq Türkiyə yığması cavab oyununu 3 gün sonra səfərdə keçirəcək.
Pley-offun digər oyunlarında Almaniya – Fransa, Danimarka – Serbiya, Avstriya – Finlandiya, Uels – İngiltərə, İtaliya – İsrail, İsveçrə - İspaniya cütləri qarşılaşacaq
0