Maradona gah nala vurur, gah mıxa
12.09.2008 - 16:08
Maradona gah nala vurur, gah mıxa
Bakı - APA-Sport. Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona davamçısı sayılan Lionel Messin tənqid edib. “APA-Sport”un məlumatına görə, Maradona son vaxtlar 21 yaşlı yarımmüdafiəçinin göstərdiyi oyundan narazıdır. Onu xüsusilə dünya çempionatının seçmə mərhələsində Peru ilə matçın nəticəsi (1:1) özündən çıxarıb.

“Messi komanda yoldaşlarını unudur, özü üçün oynayır. Hərdən ön xətdə yer alan Rikelme və Aqueroya ötürmələr versə, yaxşı olardı” – deyə dahi futbolçu vurğulayıb.

Öz növbəsində “Gələcəyin Maradonası” adlandırılan Messi bu fikirlərə münasibətini bildirib: “Tənqidi normal qarşılayıram. Maradonanın deməyə həmişə sözü var. Mənim onunla problemim yoxdur”.

Qeyd edək ki, əvvəllər Maradona Messini dəfələrlə tərifləyib. Korifey futbolçu gələcəkdə Messinin hətta ondan da məşhur olacağını bildirib.
0