Fabreqasın qiyməti yoxdur
12.09.2008 - 17:34
Fabreqasın qiyməti yoxdur
Bakı. Kənan Həsənov - APA-Sport. İngiltərənin “Arsenal” klubunun ispan legioneri Sesk Fabreqas satılmayacaq. “APA-Sport”un məlumatına görə, bu haqda komandanın baş məşqçisi Arsen Venger açıqlama verib. Fransalı mütəxəssis Fabreqası istənilən məbləğ qarşılığında buraxmayacaqlarını bildirib: “Sesk qətiyyən satılmır. Onun üçün transfer məbləği düşünməkdə çətinlik çəkirəm”.
Qeyd edək ki, Fabreqasın 135 milyon funt-sterlinq qarşılığında “Mançester Siti” klubuna transfer olacağı haqda xəbərlər yayılıb.
0