“Real”ın 5000-ci qolu
15.09.2008 - 10:52
“Real”ın 5000-ci qolu
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Quti komandasının tarixinə düşüb. “APA-Sport”un məlumatına görə, 30 yaşlı futbolçu Madrid təmsilçisinin İspaniya çempionatları tarixində 5000-ci qolunu vurub. Quti yubiley qoluna “Numansiya” ilə matçın 16-cı dəqiqəsində imza atıb.
Həmin görüşdə “Real” rəqibini 4:3 hesabı ilə məğlub edərək, bu həddə çatan ilk komanda olub.
“Barselona” 5000-ci qolu vurmaq üçün hələ 68 dəfə fərqlənməlidir. Üçüncü göstəriciyə malik Bilbaonun “Atletik” klubunun hesabında 4164 top var.
0