Karadənizə 5 milyon avro
15.09.2008 - 12:21
Karadənizə 5 milyon avro
Bakı. Mehman Süleymanov - APA-Sport. Donetsk “Şaxtyor”u “Beşiktaş”ın gənc futbolçusu Batuxan Karadənizi almaq istəyir. Oyun üslubuna və driblinqinə görə Ronaldinyonu xatırladan 17 yaşlı hücumçunu Ukrayna çempionunun potensial oyunçusu saymaq olar.

“Şaxtyor” Karadənizə “Beşiktaş”la yoldaşlıq görüşündən (2:0) sonra dəvət göndərib. Ancaq “Mançester Siti, “Portu” və “Köln” hücumçuya daha sərfəli təkliflə müraciət etdiyindən, “Şaxtyor”un prezidenti Rinat Axmetov transferi həyata keçirmək üçün yaxşı “tərləməlidir”.

“APA-Sport”un məlumatına görə, “Beşiktaş”ın baş məşqçisi Ərtoğrul Sağlam isə futbolçusunu birdəfəlik itirmək istəmir: “Karadənizi hələ satmaq fikrində deyilik. Bu məsələnin yeganə həlli kimi futbolçunun icarəyə verilməsini görürəm. Əgər bu variant Axmetovu qane etsə, biz danışıqlara başlamağa hazırıq”.

Qeyd edək ki, “Şaxtyor” futbolçunu almaq üçün 5 milyon avro ödəməyə hazırdır.
0