Skolarinin arzuları
15.09.2008 - 15:02
Skolarinin arzuları
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Çempionlar Liqasını qazanmaq mənim üçün xüsusi önəm kəsb etmir”. “APA-Sport”un məlumatına görə, bu sözləri İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Luis Felipe Skolari deyib. Braziliyalı mütəxəssis komandasının əsas məqsədinin təkcə ÇL olmadığını bildirib: “Mənim üçün ÇL İngiltərə kuboku, Liqa kuboku və Premyer Liqa kimi bir şeydir. Mən bu mükafatların hansınısa yox, hamısını qazanmaq istəyirəm. Oyunçulara necə deyə bilərəm ki, Çempionlar Liqası daha vacibdir. Onda futbolçular digər qarşılaşmalarda can qoymayacaqlar. Nəticədə isə uduzacağıq”.
0