Ronaldodan iddialı açıqlama
15.09.2008 - 16:42
Ronaldodan iddialı açıqlama
Bakı. Kənan Həsənov - APA-Sport. Portuqaliya yığmasının üzvü Kriştiano Ronaldo iddialı açıqlamalarla gündəmə düşüb. “APA-Sport”un məlumatına görə, İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən gənc yarımmüdafiəçi bütün zamanların ən yaxşı futbolçusu olmaq istəyir: “Sadəcə, futbolun bir hissəsi olmaq istəmirəm. Məqsədim rekordları alt-üst etməkdir. “Mançester Yunayted”lə yeni uğurlar qazanmaq, eyni zamanda bütün zamanların ən yaxşı futbolçularından biri olmaq istəyirəm”.

Ronaldo İspaniyanın “Real” klubuna keçmək istəməsi ilə bağlı məsələyə də münasibət bildirib: “Hazırkı komandamı çox sevirəm. Ancaq, daha artığını istəyirəm. Bu məsələdə dürüst və peşəkaram. Həyatda dəyişiklik etmək yaxşıdır”.
0