Əziz Yıldırım: “Biz daha təhlükəliyik”
16.09.2008 - 10:28
Əziz Yıldırım: “Biz daha təhlükəliyik”
Bakı. Kənan Həsənov - APA-Sport. “Əvvəl Çempionlar Liqasının oyunları ərəfəsində gərginlik içində olurduq. Amma zaman keçdikcə bu problemi yoluna qoyduq. Artıq “ev” və səfər oyunlarına çox rahat çıxırıq”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım söyləyib.
Yıldırım komandasının sabah Çempionlar Liqasında uğurlu start götürəcəyinə inandığını bildirib. Onun fikrincə, “Fənərbaxça” səfərdə Portuqaliya çempionu “Portu”nu məğlub edəcək: “Rəqib ötən ilkindən zəifdir. Yay fasiləsində bəzi əsas futbolçularını itiriblər. Biz isə daha da təhlükəliyik. “Portu”nu məğlub edib gələcəyimizə bütün qəlbimlə inanıram”.
0