“Qalatasaray”ın futbolçusu casus imiş
16.09.2008 - 10:59
“Qalatasaray”ın futbolçusu casus imiş
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyəni “Qalatasaray” klubunun portuqaliyalı futbolçusu Fernando Meyra casusluqda ittiham olunub. “APA-Sport”un məlumatına görə, müdafiəçi “Fənərbaxça” haqda bildiklərini Portuqaliya çempionu “Portu”ya ötürüb. Meyra Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah baş tutacaq oyun ərəfəsində “Fənərbaxça”nın gücünü şişirtməməyi məsləhət görüb: “Yeni bir məşqçi gətirdilər. Komandanın oyun sistemi də dəyişib. Hələ də lazımi səviyyədə oynamırlar. Zatən nəticələr göz önündədir. “Portu”nun ilk matçda qələbə qazana bilməməsi üçün heç bir səbəb görmürəm”.
Portuqaliya yığmasının üzvü “Fənərbaxça”nın ən təhlükəli oyunçularının Aleks, Quiza və Kazım olduğunu da vurğulayıb.
0