“Rekord” Araqonesi istefaya göndərir
16.09.2008 - 11:09
“Rekord” Araqonesi istefaya göndərir
Bakı. Mehman Süleymanov - APA-Sport. Portuqaliyanın “Rekord” qəzeti “Portu”nun Çempionlar Liqasının qrup mərhələsində “Fənərbaxça” ilə sabahkı oyun öncəsi yazı dərc edib. “APA-Sport”un məlumatına görə, İstanbul təmsilçisinin ispaniyalı baş məşqçisi Luis Araqonesi dəyərləndirən portuqaliyalı jurnalist “Araqones, “Draqao”da hücumu düşünməyəcək” sərlövhəli yazısında qeyd edib ki, böyük ümidlərlə “Fənərbaxça”nın sükanı arxasına keçən Araqonesin Türkiyə Superliqasında son turdakı məğlubiyyətdən sonra gələcək taleyi sual altındadır. Xəbərdə bildirilir ki, “Fənərbaxça”nın uduzacağı halda, 70 yaşlı ispaniyalı mütəxəssisin üzərinə təzyiqlər çoxalacaq.
Qeyd edək ki, Araqonesin komandası Superliqada yeni mövsümdə keçirdiyi üç oyundan ikisində uduzub.
0