Skibbe prezidentdən vaxt istədi
16.09.2008 - 11:17
Skibbe prezidentdən vaxt istədi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Mixael Skibbe baş məşqçisi olduğu “Qalatasaray” klubunun rəhbərliyindən vaxt istəyib. “APA-Sport”un məlumatına görə, almaniyalı mütəxəssis İstanbul təmsilçisinin prezidenti Adnan Polatla görüşündə bildirib ki, uğur qazanmaq üçün müəyyən zamana ehtiyacı var.

Türkiyəyə gəldiyi gündən komandanın nəticələrinə görə təzyiqə məruz qalan Skibbe ona daha bir həftə inanmaqlarını xahiş edib: “Mövsümün startından bütün komanda ilə məşq edə bilmirik. Zədəlilərin olması işimizi əngəlləyir. Milli komandalara çox sayda futbolçu ezam etməyimiz təxminən 10 gün məşqdə ikitərəfli oyun oynamağımıza imkan vermir. Sizdən anlayış və vaxt istəyirəm. Bir həftə birgə çalışmağa vaxtımız olacaq. Bundan sonra nəyə qadir olduğumuzu görəcəksiniz”.

Neçə vaxtdır baş məşqçini dəstəkləyən klub prezidenti bu dəfə də Skibbenin ürəyini qırmayıb: “Bütün rəhbərlik sənin arxanda dayanıb. Komandamızın daha güclü olacağına inanırıq. Sənə də güvənirik”.
0