Aleks Çempionlar Liqasını qazanmaq istəyir
16.09.2008 - 11:26
Aleks Çempionlar Liqasını qazanmaq istəyir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Fənərbaxça” klubunun kapitanı Aleks de Souza ən böyük arzusunu bəyan edib. “APA-Sport”un məlumatına görə, 31 yaşlı futbolçu qazandığı Türkiyə çempionluğuna ölkə kuboku və Çempionlar Liqasını da əlavə etmək istəyindədir.
“Fənərbaxça” mövsümə zəif bağışlasa da, Aleks bədbin deyil. Yarımmüdafiəçinin fikrincə, Superliqada uğursuzluq zolağından tezliklə çıxa biləcəklər: “Belə şeylər olur və uğursuz startın əvəzini verməyə çalışacağıq. Önəmli olan Çempionlar Liqasına yaxşı başlamaqdır. “Portu” ilə səfər oyununda azarkeşlərimizin üzünü güldürmək istəyirik”.

Qeyd edək ki, Aleks “Fənər”də çıxış etdiyi 4 ildə avrokuboklarda 40 oyunda 11 qol vurub.
0