Ronaldo - Robinyo dueti 50 qol vuracaq
16.09.2008 - 13:00
Ronaldo - Robinyo dueti 50 qol vuracaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Braziliyalı futbol ulduzu Ronaldo gələn ilin yanvarından çıxış edəcəyi İngiltərənin “Mançester Siti” klubunda bombardir olmaq fikrindədir. “APA-Sport”un məlumatına görə, 32 yaşlı hücumçu həmyerlisi Robinyo ilə birgə məhsuldar oyun nümayiş etdirməyi qarşısına məqsəd qoyub.

İtaliyanın “Milan” klubunun heyətində aldığı ağır zədədən sonra yarım ildir futboldan kənarda qalan Ronaldo əvvəlki formasını tezliklə bərpa edəcəyinə əmindir: “Mançester Siti”nin təklifi aldıqlarım arasında ən yaxşısı idi. Mənə Robinyo ilə bir komandada çıxış etmək maraqlı olacaq. Fikrimcə, ikimizə 50 qol vura biləcəyik”.
0