Ronaldo “Mançester Siti”yə lazım deyil
16.09.2008 - 15:40
Ronaldo “Mançester Siti”yə lazım deyil
Bakı. Mehman Süleymanov – APA-Sport. İngiltərənin “Mançester Siti” klubu braziliyalı hücumçu Ronaldonun keçidi ilə bağlı bu gün bəyanat yayıb. “APA-Sport”un məlumatına görə, Mançester təmsilçisi “Yekədiş” ləqəbli ikiqat dünya çempionunu gələn ilin yanvarında heyətinə cəlb edəcəyini təkzib edib. Klub 32 yaşlı Ronaldonun keçidinin ümumiyyətlə, planlarına daxil olmadığını bildirib: “Biz həqiqətən də Ronaldo ilə maraqlanırdıq. Həm futbolçu, həm də onun agenti ilə danışıqlar apardıq. Ancaq sonda braziliyalı hücumçunun xidmətindən imtina etməyi qərara aldıq. Hazırda Ronaldoya qarşı heç bir marağımız yoxdur. Dünya çempionu ilə müqavilə bağlamaq niyyətində deyilik”.
0