Türkiyədə “Qalatasaray”, dünyada “Fənərbaxça”
16.09.2008 - 17:03
Türkiyədə “Qalatasaray”, dünyada “Fənərbaxça”
Bakı. Kənan Həsənov - APA-Sport. “Qalatasaray” Türkiyədə internet vasitəsi ilə ən çox izlənilən klubudur. “APA-Sport”un məlumatına görə, bu, dünyanın ən məşhur saytlarından olan “Alexa”nın araşdırmaları nəticəsində müəyyənləşib. “Aslan”ın rəsmi internet ünvanı Türkiyədə ən çox izlənilən 77-ci saytdır. Bu sıralamada “Fənərbaxça” əzəli rəqibindən geri qalıb. “Bülbül”ün saytı 85-ci yeri tutub. Amma dünya sıralamasında komandalar yerlərini dəyişiblər. Belə ki, “Fənərbaxça” 4286-cı, “Qalatasaray” isə 5081-ci olub. Araşdırmada, həmçinin “Fənərbaxça”nın saytının Azərbaycanda daha çox izlənildiyi əksini tapıb.
0