Hacievski Demetradzeni arıqladıb
16.09.2008 - 17:39
Hacievski Demetradzeni arıqladıb
Bakı. Mehman Süleymanov – APA-Sport. “Türkiyədəki hazırlıq prosesindən çox razı qaldım. Antalyada 10 günlük təlim-məşq toplanışı yüksək səviyyədə keçdi”. Bunu “APA-Sport”a açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib.

Makedoniyalı mütəxəssisin sözlərinə görə, Premyer Liqada yaranan fasilə hazırlıq prosesi üçün yerinə düşüb: “Toplanışda çox məhsuldar işlədik. Hətta dincəlməyi belə arxa plana keçirmişdik. Yeganə problem məhz istirahətə az vaxtın ayrılması ilə bağlı idi. Amma fikrimcə, ağır yükləmələr mövsümün gedişində futbolçuların xeyrinə olacaq. Hazırda böyük motivasiyamız var və həm Premyer Liqada, həm də ölkə kubokunda uğurla çıxış edəcəyimizlə bağlı iddiamız xeyli artıb. Biz öz gücümüzü göstərəcəyik”.

Komandasını çempionluq uğrunda mübarizədə əsas favorit sayan Hacievskinin sözlərinə görə, “transfer pəncərəsi”nin bağlanması ərəfəsində heyətə cəlb etdikləri gürcü hücumçu Georgi Demetradzeyə böyük ümid bəsləyir: “Demetradze yüksək səviyyəli futbolçudur. Türkiyədəki toplanış onun komandamıza uyğunlaşmaq baxımından faydalı oldu. Artıq komandamızda qol hesabını açmağa da müvəffəq olub. Öz işinə peşəkarcasına yanaşır. Futbolçunun fiziki durumu, daha doğrusu, artıq çəki ilə bağlı problem var idi ki, bu da aradan qalxır. Belə ki, Demetradze hazırlıq prosesində 5 kiloqram arıqlayıb”.

Hacievskinin fikrincə, Demetradze və braziliyalı Fabio Luis Ramimin hücumda yaxşı tandem yaradacaqlar: “Fabionun Azərbaycan yığmasının heyətində aldığı qırmızı vərəqə hər futbolçunun başına gələ bilər. O, peşəkar oyunçudur və yığmanın düşərgəsindən qayıdandan sonra gərgin çalışır. Ramim 6:0 hesabı ilə qələbə qazandığımız yoxlama oyununda 4 qol vurdu”.
0
DİGƏR XƏBƏRLƏR
Loading...