Foqts üçün “Axilles dabanı”
16.09.2008 - 17:53
Foqts üçün “Axilles dabanı”
Bakı. Aqşin Əliyev – APA-Sport. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Britaniya mətbuatına müsahibəsində ən yaralı yerindən danışıb. “APA-Sport”un məlumatına görə, 62 yaşlı çalışdırıcı jurnalistlərlə münasibətinə toxunub, onların davranışından şikayətlənib.

Almaniyalı mütəxəssis bəzən haqsız yerə media təmsilçilərinin tənqidinə məruz qaldığını bildirib: “Əgər suyun üzərində gəzməyi bacarsaydım, mənim üzməyi bilmədiyimi söyləyib, tənqid edəcəkdilər”.

Foqtsu ən çox narazı salan KİV nümayəndələrinin tələbkarlığıdır. O, jurnalistlərin böyük iddiaya düşdüklərini söyləyib: “Siz jurnalistlər, oturub çay içirsiniz və gözləyirsiniz ki, 6:0 hesablı qələbə qazanaq. Ancaq unutmayın ki, bir gecənin içində Aya uçmaq qeyri-mümkündür. Mətbuat təmsilçiləri bəri başdan dünya çempionatı üçün Cənubi Afrika Respublikasında otel sifariş etməyimi istəyirlər. Bu, inanılmazdır”.

Qeyd edək ki, Foqtsun belə aqressiv çıxışına onun sentyabrın 10-da Bakıda Lixtenşteynə (0:0) qarşı matçdan sonra azərbaycanlı jurnalistlər tərəfindən tənqidə məruz qalması səbəb olub.
0
DİGƏR XƏBƏRLƏR
Loading...