Tuncay yanvaradək görünməyəcək
16.09.2008 - 18:01
Tuncay yanvaradək görünməyəcək
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə yığmasının üzvü Tuncay Şanlı ciddi zədə ilə üzləşib. “APA-Sport”un məlumatına görə, yarımmüdafiəçi bu səbəbdən uzun müddət oynaya bilməyəcək. İngiltərənin “Midlsbro” klubunda çıxış edən Tuncayın ən yaxşı halda 2009-cu ilin əvvəlində yaşıl meydanlara dönəcəyi təxmin edilir.

O, bu səbəbdən oktyabrda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina və Estoniya ilə görüşlərdə Türkiyə yığmasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Şanlı sentyabrın 10-da Belçika ilə İstanbulda keçirilən matçda zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.
0