Venger Kiyevdə zəhərlənməkdən qorxur
16.09.2008 - 18:03
Venger Kiyevdə zəhərlənməkdən qorxur
Bakı. Mehman Süleymanov – APA-Sport. Londonun “Arsenal” klubunun baş məşqçisi Arsen Venger Kiyevdə zəhərlənməkdən bərk qorxuya düşüb. “APA-Sport”un məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində sabah səfərdə “Dinamo” (Kiyev) ilə görüşəcək fransalı mütəxəssis özü ilə birgə böyük ərzaq ehtiyatı gətirib. Venger pis saydığı Ukrayna mətbəxinin futbolçularını zəhərləyə biləcəyinə əmindir. Vəziyyəti uzun müddət götür-qoy edən “Arsenal”ın çalışdırıcısı sonda Kiyevə qida ehtiyatı gətirməyə qərar verib.
0