“Qalatasaray” UEFA kubokunun favoritidir?
17.09.2008 - 11:13
“Qalatasaray” UEFA kubokunun favoritidir?
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Qalatasaray” klubunun legioneri Harri Kyuell iddialı açıqlamalarla gündəmə düşüb. “APA-Sport”un məlumatına görə, yay fasiləsində transfer olunan avstraliyalı yarımmüdafiəçi komandasının UEFA kubokunun ən böyük favoritlərindən biri olduğunu söyləyib: “Superliqanın son turunda xal itkisinə yol verməklə azarkeşlərimizi üzdük. Artıq həmin oyunu unutmuşuq. Biz potensialı olan komandayıq. “Qalatasaray” Avropa klubu olduğunu hər kəsə göstərəcək. Mən buna inanıram”.

Kyuell sabah İsveçrədə yerli “Bellinzona” klubu ilə keçirəcəkləri oyuna da toxunub. O, bu rəqibi mübarizədən kənarlaşdıracaqlarına inandığını vurğulayıb: “Məqsədimiz İsveçrədən sərfəli nəticə ilə dönməkdir. Çünki bu mərhələni adlamaq istəyirik. Heyətdə itkilərimiz olsa da, qalib gələcəyimizə inanıram”.
0