Avropa çempionatı üçün daha 2,78 milyard dollar
17.09.2008 - 13:54
Avropa çempionatı üçün daha 2,78 milyard dollar
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Ukrayna hökuməti 2012-ci il Avropa çempionatının təşkilinə daha 2,78 milyard ABŞ dolları ayırıb. “APA-Sport”un məlumatına görə, nazirlər kabineti 2009-cu ilin dövlət büdcəsinə Avro-2012 ilə bağlı xərcləri də daxil edib. Turnirə hazırlıq və təşkilati məsələlərə ayrılan məbləğ bu ilkindən təxminən iki dəfə artıq olub. Ukrayna 2008-ci il üçün bu xərclərin 6,5 milyard qriven olmasını büdcəyə daxil etmişdisə, gələn ilin büdcəsində bu rəqəm 13,5 milyarda çatdırılıb. Baş nazir Yuliya Timoşenko qitə çempionatının təşkilində problemin çıxmasını da istisna etməyib: “Avro-2012 üçün istismara verilən idman obyektləri qitə səviyyəsindədir. Turnirin keçirilməsi milli nüfuz məsələsidir. Yarışa hazırlığa yalnız ölkədəki siyasi xaos mane ola bilər”.
0