“Bellinzona” klubunun futbolçusu: “Könlümü “Qalatasaray”a vermişəm”
17.09.2008 - 15:10
“Bellinzona” klubunun futbolçusu: “Könlümü “Qalatasaray”a vermişəm”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Türkiyə komandasına, xüsusilə də “Qalatasaray”a qarşı oynamağın çətinliyini sözlə ifadə etmək mümkün deyil”. “APA-Sport”un məlumatına görə, bu sözləri İsveçrənin “Bellinzona” klubunun futbolçusu Gürkan Sermeter deyib. O, UEFA kubokunda qarşılaşacaqları “Qalatasaray”a olan sevgisini açıqlayıb: “Uşaqlığımdan indiyədək könlümü verdiyim komanda “Qalatasaray”dır. Püşkün nəticəsinə ən çox mən sevindim. Hamı mənə mesaj yazıb bilet istəyirdi. Valideynlərim Türkiyədədir və cavab matçını “Əli Sami Yen”də izləyəcəklər. İki komanda arasında ciddi fərq var. Komandaları tərəziyə qoymağın mənası yoxdur. Onsuz da, “Qalatasaray” aşkar favoritdir”.


0