“Nyukasl” 580 milyon avroya satılır
17.09.2008 - 16:36
“Nyukasl” 580 milyon avroya satılır
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyəli futbol “ulduz”u Əmrə Bələzoğlunun keçmiş klubu “Nyukasl” satışa çıxarılıb. “APA-Sport”un məlumatına görə, bu haqda İngiltərə təmsilçisinin sahibi Maykl Eşli açıqlama verib. Eşli klubun dəyərini də müəyyənləşdirib. “Nyukasl”a sahib çıxmaq istəyən şəxslər 580 milyon avrosundan keçməli olacaq.

Qeyd edək ki, “Nyukasl” maddi problemlər ucbatından satışa çıxarılıb.
0