Premyer Liqanın bir oyunu təxirə düşdü
18.09.2008 - 10:26
Premyer Liqanın bir oyunu təxirə düşdü
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının V turunda keçiriləcək NBC - MOİK görüşü təxirə salınıb. “APA-Sport”un məlumatına görə, Salyan stadionunda baş tutmalı olan ilk matç MOİK-in xahişi ilə başqa vaxta keçirilib. Buna səbəb “hərbçilər”in Azərbaycan milli komandalarına üç oyunçu ezam etməsidir.
Çempionatın əsasnaməsinə görə, müxtəlif yığmalara 3 və ya daha çox futbolçu verən klub matçın təxirə salınması ilə bağlı AFFA-ya müraciət edə bilər. Təqvimə əsasən sentyabrın 20-ə planlaşdırılan görüş növbəti ehtiyat gündə - noyabrın 26-da keçiriləcək.
Turun digər oyunlarının da vaxtına aydınlıq gəlib. Sentyabrın 20-də keçiriləcək “Olimpik” – “Xəzər-Lənkəran” matçı saat 18:00, “Qəbələ” – “Qarabağ” matçı isə 17:00-da başlanacaq.
Bazar günü “Simurq” – “İnter” və “Turan” – “Neftçi” qarşılaşmaları saat 16:30-da, “Standard” – “Bakılı” görüşü 17:00-da, turun mərkəzi oyunu olan “Bakı” – “Karvan” matçı isə 18:00-da başlayacaq.
0