Çempionlar Liqasının rekordçuları
18.09.2008 - 10:29
Çempionlar Liqasının rekordçuları
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Qari Nevill Çempionlar Liqasının (ÇL) tarixinə düşüb. “APA-Sport”un məlumatına görə, ÇL-in qrup mərhələsinin birinci turu çərçivəsində İspaniyanın “Vilyarreal” klubu ilə görüşən “qırmızı şeytanların” kapitanı turnirdə 100-cü oyununu keçirib. Nevill 1992-ci ilədək keçirilən Çempionlar Kuboku, həmçinin ÇL-in təsnifat mərhələsi nəzərə alınmamaqla tərtib olunan “100-lər” klubunda 10-cu oyunçu olub. Turnirdə 15 il əvvəl debüt edən ingiltərəli futbolçunun yubileyi uğursuz heç-heçə ilə əlamətdar olub. Belə ki, mançesterlilər öz meydanında qolsuz heç-heçə ilə kifayətlənib.

ÇL-in “100-lər” klubu

1. Raul - 117
2. Roberto Karlos - 114
3. Paolo Maldini - 108
4. Rayan Giqqz – 104
5. Devid Bekhem - 103
5. Oliver Kann – 103
7. Pol Skoulz – 102
8. Klarens Zeedorf - 101
9. Luiş Fiqu – 100
9. Qari Nevill - 100
0