Araqonesi rəqibin sürəti yıxdı
18.09.2008 - 10:39
Araqonesi rəqibin sürəti yıxdı
Bakı. Kənan Həsənov - APA-Sport. “Rəqib oyuna gözlədiyimizdən də sürətli başladı. Bu səbəbdən ilk 13 dəqiqədə bizi təslim olmağa məcbur etdilər”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi Luis Araqones söyləyib.
Çempionlar Liqasının qrup mərhələsinə məğlubiyyətlə başladıqlarına görə məyus olduğunu gizlətməyən Araqones eyni zamanda “Portu” ilə görüşün ikinci hissəsində yaxşı oynadıqlarını qeyd edib: “Hesabı bərabərləşdirmək üçün 3 real imkan yaxalasaq da, yalnız birini qola çevirdik. Zədə ucbatından 4-5 futbolçumuz bu gün meydana çıxmadı. Məğlubiyyətə rəğmən, pis oynadığımızı deyə bilmərəm”.
0