“Real” Azərbaycan yığmasına uduzdu
                    
                    18.09.2008 - 10:55
                        
                    
                        
                        Bakı. Mehman Süleymanov - APA-Srort. Azərbaycanın futbol yığması Madridin “Real” klubunu məğlub edib. “APA-Sport”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 17 yaşlılardan ibarət yığmamız “Real”ın nəzdindəki həmyaşıdlarından ibarət komanda ilə yoldaşlıq görüşündə 3:2 hesabı ilə qalib gəlib. Madriddə keçirilən oyunda komandamızda qolları Araz Abdullayev, Mirhüseyn Seyidov və Murad Qurbanov vurub.
                        
                    
                    
                                
                                0
                                
                                0