Volkan iki oyunluq cəzalandırıldı
19.09.2008 - 11:50
Bakı - APA-Sport. Türkiyə Peşəkar Futbol Nizam-İntizam Komitəsi “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəli cəzalandırıb. “APA-Sport”un məlumatına görə, buna 27 yaşlı futbolçunun Türkiyə Superliqasının 3-cü turunda səfərdə “Hacettepe”yə qarşı keçirilmiş oyunda qırmızı vərəqə alması səbəb olub. Volkan ölkə çempionatının növbəti iki turuna buraxılmayacaq.
Eyni qərar “Antalyaspor”un qapıçısı Ömər Çatkıç barədə də çıxarılıb. O, axırıncı turda “Qalatasaray”la matçın final fitindən sonra ikinci sarı vərəqə alıb. Ömər idmançıya yaraşmayan hərəkət etməkdə günahlandırılır.
Yeri gəlmişkən, Peşəkar Futbol Nizam-İntizam Komitəsinin iclasında ən çox cəriməyə “Qalatasaray” klubu məruz qalıb. “Cim Bom” 6 müxtəlif səbəbdən federasiyanın hesabına 90 000 YTL ödəyəcək.

- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0