Almaniya yığmasının baş məşqçisi zədələnib
23.09.2008 - 12:19
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv zədələnib. “APA-Sport”un məlumatına görə, istirahət vaxtı dizindən xəsarət alan mütəxəssis UEFA-nın Avstriyanın paytaxtı Vyanada məşqçilər üçün keçirdiyi konfransa da qatılmayıb. Löv dostları ilə süni örtüklü meydanda futbol oynadığı vaxt zədələnib. Oktyabrın 11-i Rusiya, 15-də Uelslə qarşılaşacaq Almaniya yığmasını ayın 7-də toplanışa yığacaq mütəxəssis öz zədəsinin hazırlığa təsir etməyəcəyini düşünür: “Bu vəziyyətdə çox gəzməyim düzgün olmazdı. Vyanaya bu səbəbdən getmədim. Həm də konfransa vaxt sərf edə bilməzdim. Bu müddətdə zədəmin müalicəsi ilə məşğul olmalıyam. Yaxşı ki, əməliyyata ehtiyac yoxdur. Lakin idmana nisbətən az vaxt ayırmalıyam. Düşünmürəm ki, bu qarşıdakı seçmə oyunlara hazırlığa təsir etsin”.
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
0
0