FİFA-dan gürcülərə xoş müjdə
23.09.2008 - 15:15
FİFA-dan gürcülərə xoş müjdə
Bakı. Mehman Süleymanov - APA-Sport. Gürcüstan yığması Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasından (FİFA) xoş müjdə alıb. “APA-Sport”un məlumatına görə, qonşu ölkənin milli komandası oktyabrın 11-də Kiprlə rəsmi ev oyununu Tiflisdəki 54 min azarkeş tutumuna malik Boris Payçadze adına stadionda keçirəcək. FİFA gürcülərin ev oyunlarını öz meydanında keçirməsinə dair icazə verdiyi bəyanatda göstərib: “Gürcüstan Futbol Federasiyası ilə sıx əlaqə yaratmaqda davam edirik. İndiki vəziyyətdə gürcülərin matçın təşkilatçılığı və təhlükəsizliyi ilə bağlı öhdəliyi yerinə yetirə bilməməyində heç bir səbəb görmürük”.
Qeyd edək ki, FİFA Gürcüstanın cari seçmə mərhələdə sentyabrın 6-da İrlandiya ilə ev oyununun qonaqların müraciəti ilə neytral meydanda – Almaniyada keçirilməsi ilə bağlı qərar çıxarmışdı.
0