Roberto Karlos yeni müqavilə bağladı
23.09.2008 - 16:26
Bakı - APA-Sport. Braziliyalı futbolçusu Roberto Karlos “Fənərbaxça” ilə müqaviləsinin müddətini uzadıb. “APA-Sport”un məlumatına görə, 35 yaşlı müdafiəçi daha bir il “sarı-lacivərdlilər”in şərəfini qorumaq qərarına gəlib.
Köhnə razılaşmanın vaxtı 2009-cu ilin mayında başa çatacaqdı. Amma Roberto Karlosun meneceri “Fənərbaxça” rəsmiləri ilə görüşərək, yeni müqavilə barədə fikir mübadiləsi aparıb və ortaq məxrəcə gəliblər. Beləliklə, dünya çempionu 2010-cu ilədək İstanbul komandasının formasını geyinəcək.
Qeyd edək ki, 2007-ci ilin yayında Madrid “Real”ından “Fənərbaxça”ya keçən Roberto Karlos yeni klubunda 45 oyunda 3 qol vurub.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0